Əsas Səhifə / Mədəniyyət

Ermənilər daha bir məşhur mahnımızı oğurladı - Video

8-10-2018, 16:33

Tarixən türk (Kərkük azərbaycanlılarının ifasında yaşayır - red.) xalq mahnısı kimi tanınan "Ninnə yarım" mahnısını ermənilər öz mahnıları kimi qələmə veriblər. Özü də bu azmış kimi, onu müxtəlif yerlərdə ifa edərək Yutub sosial şəbəkəsində paylaşıblar.

Kult.az "Xəzər Xəbər"ə istinadla bildirir ki, Spitaklı Hayko kimi tanınan erməni müğənnisi bu mahnını toylarda, şənliklərdə erməni mahnısı kimi oxuyur.

Azərbaycanın tanınmış bəstəkarı Faiq Sücəddinov bildirir ki, "Ninnə yarım" mahnısı Kərkük mahnısı kimi tanınır və bu mahnının ermənilərlə heç bir əlaqəsi yoxdur. Digər mahnılar kimi, onlar bu mahnını da oğurlayıb özününküləşdiriblər.

Məsələ ilə bağlı ermənişünas İsmayıl Tanrıverdi bildirir ki, ermənilərin belə bir addım atması heç də təəccüblü görünmür. Çünki onlar mədəniyyətlərini elə digər xalqlardan oğurladıqları mahnılar, musiqilər, abidələrlə formalaşdırıblar.

İsmayıl Tanrıverdi bildirir ki, "Ninnə yarım" mahnısını saxtalaşdırıb oxuyan Spitaklı Hayko Tiqran Osetiryanla Zeynəb Xanlarovanın Mikayıl Müşfiqin sözlərinə yazılan "Qal, sənə qurban" mahnısını da oğurlayaraq Yutubda yayıblar.


Administratorla əlaqə

077 611-55-22

[email protected]