Dünya

Nazarbayevdən nazirlərə son xəbərdarlıq

6-10-2018, 10:37

Qazaxıstan prezidenti Nursultan Nazarbayev nazirləri aktiv işləməyə çağırıb, əks halda onları daha effektiv xarici mütəxəssislərlə əvəzləyəcəyi ilə hədələyib.

Oxu.Az “Sputnik Kazaxstan”a istinadən xəbər verir ki, Nazarbayev Sinqapur təcrübəsini misal çəkib.

“Vaxtilə Sinqapur bütün dünyada pensiyaya çıxan mütəxəssisləri axtardı və tapdı. Dəvət etdi ölkəyə və onlar rəhbər vəzifələrdə çalışdılar. Baxın, əgər siz normal işləməsəniz, yerinizə oradan mütəxəssislər dəvət edəcəyəm”, - deyə o vurğulayıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]