İqtisadiyyat

Baş icraçı direktor: “Siemens” şirkəti Azərbaycanla yeni əməkdaşlıqlara açıqdır

5-10-2018, 15:40

Almaniyanın “Siemens” şirkəti Azərbaycanla yeni əməkdaşlıqlara açıqdır.

Energetika Nazirliyindən Xeberman.com-a bildirilib ki, energetika naziri Pərviz Şahbazov “Rusiya enerji həftəsi” adlı Beynəlxalq Forum çərçivəsində “Siemens” şirkətinin təşkil etdiyi “Enerji sisteminin gələcəyi” adlı tədbirdə iştirak edib. Tədbirdə qlobal iqtisadiyyatın və enerji sisteminin yeni çağırışlarla üzləşdiyi, dekarbonizasiya və rəqəmsallaşma kimi trendlərin aktuallaşdığı qeyd edilib. Yeni smart şəbəkələrin və enerji istehsal edən birliklərin mərkəzləşdirilməsinin enerji infrastrukturlarının mürəkkəbliyini əhəmiyyətli dərəcədə artırdığı və belə bir vəziyyətdə rəqəmsal məlumatlarla idarəetmənin vacibliyi bildirilib. “Siemens”in enerji sektorunun gələcək inkişafı, yeni nəsil qaz trubinləri və rəqəmsal xidmətlərilə bağlı təqdimatlar dinlənilib.

Tədbirdən sonra Pərviz Şahbazovla “Siemens” şirkətinin enerji və qaz istehsalı üzrə baş icraçı direktoru Villi Mayksner arasında görüş keçirilib. “Siemens”in Azərbaycanda elektrik stansiyaları və yarımstansiyaların inşası, eləcə də ötürücü və paylayıcı şəbəkələrdə avtomatik idarəetmə sisteminin qurulması ilə bağlı fəaliyyətindən bəhs edilib.

Pərviz Şahbazov ölkədə yeni generasiya güclərinin yaradılması, mövcud şəbəkələrin modernləşdirilməsi və 2030-cu ilə kimi enerji istehsalında bərpaolunan enerji mənbələrinin payının 30 faiz artırılması planları barədə məlumat verib.

V.Mayksner isə təmsil etdiyi şirkətin yeni əməkdaşlıqlara açıq olduğunu bildirib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]