Yaşam

Məmur laqeydliyi Bakı “bomj”larını soyqudan donmağa məhkum edib

27-01-2016, 02:38

Sinoptiklərin də məlumat verdiyi kimi, Bakıda yanvarın 25-dən bəri  qar və soyuq hava şəraiti davam edir. Ötən gecə Bakıda mənfi 7 dərəcəyə qədər, bölgələrdə isə mənfi 15 dərəcəyə qədər şaxta olub, güclü külək və qar müşahidə olunub. Bakı və Abşeron yarımadasında qarın hündürlüyü bəzi yerlərdə 10 santimetrə qədər çatıb. Hava şəraitinin nisbətən yumşalması yanvarın 27-nə proqnozlaşdırılır. Bakının reallıqlarından biri də, Bakı "bomj”larıdır – hansıların ki, mülkiyyəti ya məmur oliqarxlar, ya da qaçqınlar tərəfindən zəbt olunub. Bir çox ölkələrdə kəskin soyuqlaşma halında, evsizləri yataqxanalara yönəldir, orda onları isti paltar və yeməklə təmin edirlər. Lakin bizim bir çox məmurlar, evsizlər üçün sığınacaq yox, törəmələri üçün villalar tikdirməyə üstünlük verirlər. Buna görə də, ölkəmizin paytaxtında evsizlər üçün sığınacaq yoxdur.

Bu isə Bakı "bomj”larını soyuqdan donmağa məhkum edir. Biz öyrənməyə çalışdıq, görəsən, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi evsizlərin xilası və qorunması üçün hansı tədbirlər görür? Təəssüf ki, nazirliyin mətbuat xidmətinin rəhbəri Elman Babayevlə əlaqə saxlamaq cəhdimiz boşa çıxdı. O zaman biz Nazirliyin tənhalar, əlillər və qocaların sosial təminatı şöbəsinin rəisi Azad Tağıyevlə əlaqə saxladıq.

"Bir qayda olaraq, onları çadırlarda yerləşdirir və isti yeməklə təmin edirik. Amma mən dəqiq bilmirəm, bu tədbirlər bu il də görülüb, ya yox. Nazirliyimizin sosial xidmətinə müraciət edin”, – deyə A.Tağıyev bildirib. Biz Xəzər RİH-lə də əlaqə saxladıq. Lakin RİH-in informasiya təminatı şöbəsinin müdiri Babək Mehdiyev bizim suallarımıza cavab verməkdən boyun qaçırdı: "İş günü artıq bitib, sabah zəng edin, sizə deyim hansı şöbəyə müraciət etmək lazımdır”.

Araz Məmmədov

Qafqaznews.org

Administratorla əlaqə

077 611-55-22

[email protected]