Texnologiya

"WhatsApp"ın qurucusu: "İstifadəçilərin məlumatlarını satdım"

30-09-2018, 10:27
"WhatsApp"ın qurucusu: "İstifadəçilərin məlumatlarını satdım"
"WhatsApp" sosail şəbəkəsinin yaradıcılarından olan Brayn Aktn sosial şəbəkəni "Facebook"a satmasından danışıb.

Qaynarinfo xəbər verir ki, IT mütəxəssisi şirkətlə birlikdə istifadəçilərin məlumatlarını satdığını bildirib:

"O gün şirkətlə birlikdə həm də istifadəçilərin məlumatlarını satdım, bu qərarın hər gün yaratdığı yüklə yaşayıram".

2009-cu ildə yaradılmış "WhatsApp"ın qurucularından olan Aktn 2014-cü ildə sosial şəbəkəni "Facebook"a 19 milyard dollar qarşılığında satıb.

Qeyd edək ki, bir müddət əvvəl "Facebook"un istifadəçi məlumatlarını "Cambridge Analytica" şirkətinə satması barədə informasiya yayılmış və bu, böyük səs-küyə səbəb olmuşdu. Brayn Aktn o dövrdə "#DeleteFacebook" ("Facebook"u sil) kampaniyasına dəstək vermişdi.

Administratorla əlaqə

077 611-55-22

[email protected]