İdman

Milliyə kimlər çağırılacaq? - Qurbanov açıqladı

30-09-2018, 10:24

"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 6-cı turunda "Sabah”a səfərdə 2:0 hesabı ilə qalib gəldikləri matçdan sonra mətbuat konfransı keçirib.

Axar.az Qol.az-a istinadla xəbər verir ki, o, əvvəlcə oyun haqda fikirlərini bildirib.

- Futbolçularımı təbrik etmək istəyirəm. Layiqli qələbə qazandıq. Həddən artıq çətin oyun oldu. Buna baxmayaraq, oyunun dinamikasını qoruyub saxlaya bildik. Rəqib müdafiə olunmağı bacaran komandadır. Eyni zamanda, əks-hücuma çıxmağı da bacarırdılar. Çox çətinlik çəkdik. Bununla belə, intizamlı oynadıq. Oyuna xeyli sayda azarkeşimiz gəlmişdi. Onların dəstəyini hiss edirdik.

- "Arsenal”la oyun öncəsi bu cür rəqibə qarşı oynamaq sizin üçün nə dərəcədə sərfəli idi?

- Əlbəttə, fərqli üslubda oynayan komandalardır. Amma futbolçular bu gün xeyli əziyyət çəkdi. Çoxsaylı mübarizəyə şahidlik etdik. Düşünürəm ki, bu qarşılaşmanın bizə faydası olacaq.

- Emeqara və Delarjı oyuna daxil etməyi əvvəlcədən planlaşdırmışdınız, yoxsa nəticəyə görə bunu etdiniz?

- İki dəyişiklik planlaşdırılmışdı. Bu gün düşündüyüm kimi hər şey tam alınmadı, ona görə də bu dəyişikliklərə əl atdım.

- "Sabah”ın heyətində milliyə dəvət almağa namizəd varmı?

- İndidən konkret fikir bildirmək istəmirəm. Cavid İmamverdiyev onsuz da daim dəvət olunur. Amma xüsusi bir ad çəkə bilməyəcəm.a

Administratorla əlaqə

077 611-55-22

[email protected]