Xəbərlər / Təhsil

Məktəblilər maraqlı yolla təhsilə həvəsləndirilir - VİDEO

29-09-2018, 11:13

"Rəqəmlər yüksəlişdən xəbər verir. Sizinlə fəxr edirik".

Xeberman.com bildirir ki, Şəkinin mərkəzi meydanında - Məhəmməd Əmin Rəsulzadə prospektindəki Nakam adına mərkəzi kitabxananın bir divarını bu il ali məktəbə daxil olan şagirdlərin şəkilləri bəzəyir. Bannerdə 600 baldan yuxarı nəticə göstərən şagirdlərin ad və soyadları, həmçinin təhsil aldıqları müəssisələr qeyd olunub.

Şəki şəhər təhsil Şöbəsi tərəfindən aparılan buaktiv təbliğat şagirdlərdə yüksək nəticələr üçün stimul yaradır.

Şəki məktəbliləri bannerin qarşısında şəkil çəkdirir, növbəti illərdə öz şəkillərini də burda görmək üçün dərslərini daha yaxşı oxuyacaqlarını deyirlər. Xüsusiləbuilki 11-cilər hər dəfə bubannerin olduğu küçədən keçəndəqəbul imtahanlarında daha yüksək nəticələr toplamağa köklənirlər.

Belə aktiv təbliğat nəinki şagirdlərdə, eləcə də valideynlərdə xoş təəssüratyaradır.

Ümumilikdə bu il Şəkidə ali məktəblərə sənəd verən 1279 abituriyentdən 888-i tələbə adını qazanıb. Onlardan 215-i 500-dən, 81-i 600-dən yuxarı və 1 nəfər isə maksimum bal toplayıb. /xezerxeber.az

Administratorla əlaqə

077 611-55-22

[email protected]