Gündəm / İdman

Qurban Qurbanov ən yaxşıları seçdi

25-09-2018, 18:09

Azərbaycandan FIFA-nın “The Best” mükafatı üçün kimin kimə səs verdiyi müəyyənləşib.

Oxu.Az xəbər verir ki, millimizin baş məşqçisi Qurban Qurbanov ilin ən yaxşı baş məşqçisi seçimində ardıcıllıqla Didye Deşam, Zinəddin Zidan və Xosep Qvardiolaya səs verib.

O, futbolçulardan ardıcıllıqla Antuan Qrizman, Luka Modriç və Kriştianu Ronaldunu fərqləndirib.

Qeyd edək ki, 2018-ci ilin ən yaxşı baş məşqçisi adına Didye Deşam layiq görülüb.

Futbolçulardan isə Luka Modriç mükafatın sahibi olub. Ən yaxşı qolun müəllifi isə Məhəmməd Salah seçilib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]