Media

Anar Nəcəfli yenidən efirə qayıtdı - Video

18-09-2018, 12:50

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli yenidən efirə qayıdıb.

Mətbuat.az xəbər verir ki, Anar Nəcəfli sentyabrın 24-dən etibarən "ARB Xəbər"in saat 20:00-da əsas buraxılışının aparıcısı olacaq. O bildirib ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi vəzifəsindən ayrılmayıb:

“İşimə davam edirəm. Sadəcə olaraq bundan sonra əsas işimlə paralel olaraq həm də, ARB TV-nin əsas xəbər buraxılışının aparıcısı olaraq da fəaliyyətimi davam etdirəcəm.

Bununla əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinə, şəxsən Agentliyin İdarə heyətinin sədri Saleh Məmmədova, İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi vəzifəsində qalaraq həm də ARB TV-nin Xəbər aparıcısı kimi fəaliyyət göstərməyimə razılıq verdiyi üçün minnətdarlığımı bildirirəm. ARB TV-nin rəbərliyinə isə mənə etimad göstərib uzun illərdən sonra yenidən efirə qayıtmağıma şərait yaratdığı üçün təşəkkür edirəm.

Bundan sonra da çalışacam ki, həm təmsil etdiyim qurumun ictimaiyyətlə əlaqələrinin müsbət istiqamətdə inişaf etdirilməsində əlimdən gələni etməyə davam edim, həm də xəbər aparıcısı olaraq mənə göstərilən etimadı doğruldum”.


Administratorla əlaqə

077 611-55-22

[email protected]