Elm

Gündə 3 fincan qəhvə içmək bu xəstəliklərdən qoruyur

31-08-2018, 11:18

Dünya səviyyəsində aparılan araşdırma hər gün qəhvə içən insanlarda diabet, ürək-damar xəstəlikləri, demensiya və bəzi xərçəng xəstəliklərinə daha az rast gəlindiyini üzə çıxarıb.

Axşam.az xəbər verir ki, alimlər hamilə qadınlar istisna olmaqla, gündə üç-dörd fincan qəhvə içmənin bir çox faydasının olduğunu söyləyiblər.

Onların sözlərinə görə, dünya üzrə aparılan 17 klinik araşdırmaya əsasən, gündə üç-dörd fincan qəhvə içən insanlarda içməyənlərə nisbətən qaraciyər, ikinci tip diabet, demensiya, podaqra xəstəliklərinə, öd kisəsində daşlara daha az rast gəlindiyini, erkən ölüm, ürək-damar sistemi və xərçəng xəstəlikləri (prostat vəzi, endometrium, dəri və qaraciyər xərçəngi) risklərinin isə az olduğunu qeyd ediblər.

Administratorla əlaqə

077 611-55-22

[email protected]