Ölkə

BŞİH-in şöbə müdiri: "Bütün rayonlarında qanunsuz tikililər, hasarlar söküləcək"

31-08-2018, 11:09

"Bakının bütün rayonlarında qanunsuz tikililər, hasarlar söküləcək".

Bunu Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Nəzаrət şöbəsinin müdiri Zülfəli Babayev deyib.

Onun sözlərinə görə, paytaxtın Xətai rayonunda zəbt edilən 7 ərazi aşkarlanıb, həmin yerlərdə söküntü işləri aparılıb, ərazi təmizlənib.

O bildirib ki, həmin ərazilərdə yaşıllaşdırma işləri aparılacaq.

Şöbə müdiri vurğulayıb ki, bu tədbirlər çərçivəsində qanunsuz küçə ticarətinin də qarşısı alınacaq: "Bakı Şəhər İcra Hakimiyyətinin bu cür tədbirləri mütəmadi olaraq davam etdiriləcək".(Report)

Administratorla əlaqə

077 611-55-22

[email protected]