Dünya

Tramp “ulduzsuz” qala bilər

7-08-2018, 10:48

ABŞ prezidenti Donald Trampın Hollivudun Şöhrət xiyabanındakı ulduzu yığışdırıla bilər. Bununla bağlı Qərbi Hollivudun şəhər şurası səsvermə keçirmək qərarına gəlib.

Oxu.Az “The Los Angeles Times”a istinadən xəbər verir ki, təklifi şəhər meri Con d-Amiko və şəhər şurasının üzvü Lindsi Xorvat irəli sürüb.

Onlar Trampı qadınlara qarşı iyrənc münasibətdə, ABŞ-Meksika sərhədində valideynlərlə uşaqları bir-birindən ayırmaqda, eləcə də, 2016-cı ildə ABŞ-da keçirilən seçkilərə Rusiya müdaxiləsi ilə bağlı aparılan araşdırmaların nəticələrini inkar etməkdə ittiham ediblər.

Ötən il Hollivudun Şöhrət xiyabanında naməlum şəxs markerlə Trampın ulduzunun üzərinə təhqiredici ifadələr yazmışdı. 2016-cı ilin oktyabrında isə Trampın ulduzu sındırılıb. Bu hadisədə təqsirkar olan şəxs üç il müddətinə azadlıqdan məhrum edilib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]