Xəbərlər

Paşinyandan sonra o da oğlunu Qarabağa göndərdi

17-07-2018, 14:21

Ermənistan Müdafiə naziri David Tonoyan oğlu Edqar Tonoyanı dünən hərbi xidmətə yola salıb.

Axar.az xəbər verir ki, bu barədə “Nyus.am” (“News.am”) saytı məlumat yayıb.

Onun Azərbaycanın işğal edilmiş ərazisi olan Qarabağda xidmət edəcəyi bildirilir.

Qeyd edək ki, bundan öncə Ermənistan Baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyan Qarabağda xidmətə yollanmışdı.

Administratorla əlaqə

077 611-55-22

[email protected]