Xəbərlər / Maraqlı

43 il sonra oğurladığı şokoladın pulunu ödəyib – Foto

15-07-2018, 16:01

Britaniyalı 43 il əvvəl “Belle Vale” ticarət mərkəzindən oğurladığı şokolada görə “təzminat” ödəyib.
Oxu.Az Lenta.ru-ya istinadla xəbər verir ki, bunula bağlı ticarət mərkəzinin “Twitter” hesabında oğrunun məktubu dərc olunub.

O, zərfin içərisində 5 funt-sterlinq göndərərək, məktub da yazıb. Məktubunda 1975-ci ildə hələ uşaq ikən oğurladığı şokoladdan yazıb:

“Üzr istəyirəm. Burada sizə borclu olduğum məbləğ var”.

Ticarət mərkəzinin administrasiyası da ona təşəkkürünü bildirib və “bu cür əməllər insana inamı qaytarır” deyə qeyd ediblər.


Administratorla əlaqə

077 611-55-22

[email protected]