Dünya / İslam

Yəhudilər Əl-Əqsa məscidinə basqın edib

20-04-2018, 22:16

Şərqi Qüdsdə yəhudi qəsəbəsinin bir qrup sakini Əl-Əqsa məscidinə basqın edib.

Oxu.Az “Anadolu” xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə Qüdsün İslam vəqfi idarəsi məlumat yayıb.

Məlumata görə səhər saatlarında Əl-Məqrib qapılarından məscidin ərazisinə polisin müşayiəti altında 203, ardınca isə 43 yəhudi daxil olub. İddiaya əsasən, onlar təxribat törətmək məqsədi ilə məsciddə müxtəlif yəhudi ayinlərini yerinə yetirib.

Hadisə yerli müsəlman icmasının ciddi narazılığına səbəb olub.

Administratorla əlaqə

077 611-55-22

[email protected]