Əsas Səhifə / Siyasət

Azəbaycan Respublikası Prezident Hakimiyyətinə Dəstək Milli Komitəsinin Təsis Yiğincaqı.

15-03-2015, 10:50
Azəbaycan Respublikası Prezident Hakimiyyətinə Dəstək Milli Komitəsinin Təsis Yiğincaqı.
Ölkədə baş verən bu günkü qlobal hadisələr,siyasi vəziyyətin sabitliyi və cəmiyyətimizin bir arada daha da sıx birləşməsi və dövlət başcısına daha yaxın, həmrəy olduğumuzu bildirmək ücün, Azərbaycan ziyallarının təşəbbüsü ilə Azərbaycan Respublikasinda Prezident Hakimiyyətinə Dəstək Milli Komitəsinin yaradılmasını özümüzə borc bildik.
İctimai təşkilat olaraq Komitənin məqsədi Prezidentmizin irəli sürdüyü siyasi,iqtisadi,sosial və mədəni islahatların həyata kecirilməsinə, Dağlıq Qarabağ məsələsinin qətiyyət və uğurlu həll edilməsinə kömək etmək, xalqın və dövlətin ictimai,siyasi və milli birliyini qoruyub saxlamaq, dövlətin və cəmiyyətin idarə edilməsində mövcud olan boşluqları aradan qaldlrmaq,qanunun aliliyi prinsipinin bərqərar olmasına çalışmaq, dövlətimizin daha da güclü ictimai, elmi və analtik təfəkkür mərkəzinin yaradilmasinda iştirak etmək, cəmiyyətdə sabitliyin və asayişin,təbiətdə ekologiyanın qorunmasında, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə, Azərbaycanın dövlət və ərazi bütövlüyünə , milli təhlükəsizliyinə yönəlmiş təhlükələrə, narkotik maddələrin qanunsuz dövriyyəsinə, istehsalına və istehlakına qarşı mübarizədə , milli-mədəni irsimizin tanınmasında, mədəniyyətimizin və idmanın bütün sahələrinin inkişafında,Azərbaycanlıların diaspor islərində, türk dilli dövlətlərin və topluluqların inteqrasiyasında və birliyinin yaranması prosesində fəal iştirak etməkdir.
Azərbaycan Respublikası Prezident Hakimiyyətinə Dəstək Milli Komitəsi Qələbə Əlillər cəmiyyətinin nəzdində yaradılmışdır.Komitənin təsiscisi Əhmədov Mehdi Əhməd oğlu(Mehdi Vedili),sədri isə Əhməd Əhmədov İsmayil oğlu(Əhməd Vedili).

Hazırladı.

Nurəli Əliyev.

Administratorla əlaqə

077 611-55-22

[email protected]