Əsas Səhifə / Gündəm

Zaminbank"ın Şirvan filialının rəhbəri Adil Əhmədov kimin və ya nəyin hesabına həbsdən yaxa qurtarmağı bacarıb?

14-03-2015, 10:57

Son vaxtlar ölkə ərazisində yol-nəqliyyat hadisələrinin sayı kəskin şəkildə artıb. Sürücü diqqətsizliyi, yüksək sürət və digər amillərdən qaynaqlanan qəzalar yüzlərlə insanın həyatına son qoyub, bir bu qədər insan isə ağır bədən xəsarətləri alıb. Statistikaya görə, artan xətlə gedən yol nəqliyyat hadisələrinin baş vermə səbəbləri arasında yüksək sürət ilk sırada qərarlaşır. Həqiqətən də, bu gün sürücülərin əksəriyyəti avtomobili yüksək sürətlə idarə edir, nəticədə bədbəxt hadisələr qeydə alınır. "Zaminbank"ın Şirvan filialının müdiri Əhmədov Adil Aydın oğlunun da yüksək sürətlə avtomobil idarə etməsi faciə ilə nəticələnib.
Rayondakı mənbələrdən əldə etdiyimiz məlumatlara görə, filial müdiri bir neçə gün əvvəl "Dvannı" deyilən ərazidə ağır yol qəzası törədib və baş vermiş dəhşətli qəzanın nəticəsində bir nəfər dünyasını dəyişib: "Adil Əhmədov ümumiyyətlə, avtomobilini hər zaman yüksək sürətlə idarə edir. O Şirvan şəhərində heç vaxt qırmızı işıqda dayanmır, sürət məhdudiyyəti qoyulan yollarda sürət həddini aşır. Yol patrul xidmətinin əməkdaşları isə onun törətdiyi qanunsuzluqları görməzdən gəlirlər. Təbii ki, belə olan halda bədbəxt hadisələr də qaçılmaz olur. Bank müdiri bu günlərdə şəxsi avtomobili ilə adam vurub öldürüb. Amma buna baxmayaraq, o törətdiyi cinayətin üstünü ört-basdır etməyə müvəffəq olub. Yayılan söz-söhbətə görə, bu məqsədlə aidiyyəti hüquq-mühafizə orqanlarının məsul şəxslərinə "görüm-baxım" edib. Halbuki, Adil Əhmədovun törətdiyi cinayət əməli bağışlanası hal deyildi. Özünüz də yaxşı bilirsiniz ki, Daxili İşlər Nazirliyinin əməkdaşları bu cür hadisə törədən, yəni maşınla adam vurub öldürən şəxslərə güzəştə getmirlər və onların barəsində ağır cəza tədbiri görürlər. Görünür, "Zaminbank"ın Şirvan filialının ya adamı güclü olub, ya da maliyyə vəziyyəti. Əks halda, o bu gün əlini-qolunu sallaya-sallaya azadlıqda gəzə bilməzdi". Məlumatlı şəxs bildirir ki, Adil Əhmədovun məsuliyyətdən kənarda qalması gələcəkdə daha böyük fəsadlara yol aça bilər: "Onun növbəti dəfə yol nəqliyyat hadisəsi törədib kiminsə həyatına son qoyacağına heç kim zəmanət verə bilməz. Odur ki, Daxili İşlər Nazirliyinin yetkili şəxsləri filial müdirinin törətdiyi cinayət hadisəsini diqqətdə saxlamalı və qanunun tələb etdiyi şəkildə tədbir görməlidir". Məsələni qarşı tərəflə araşdırmaq istəsək də, filial müdiri ilə əlaqə yaratmaq cəhdlərimiz bir nəticə vermədi. Bu arada, qeyd edək ki, "Zaminbank"ın Şirvan filialının fəaliyyəti, burda mövcud olan neqativ məqamlar və süründürməçilik halları barədə də kifayət qədər əsaslı şikayətlər var. Nəzərinizə çatdırmaq istəyirik ki, filial fiziki və hüquqi şəxslərə əsasnaməsində nəzərdə tutulan və bankın lisenziyası ilə icazə verilmiş tələbli və müddətli depozitlərin və digər qaytarılan vəsaitlərin cəlb edilməsi, kreditlərin verilməsi, o cümlədən, istehlak və ipoteka kreditləşdirilməsi və digər kreditləşmə növləri, hesablaşma - kassa xidmətləri, pul vəsaitinin, qiymətli kağızların və ödəniş vasitələrinin köçürülməsi üzrə xidmətlərin göstərilməsi, kreditlərə və kredit qabiliyyətinin yoxlanılmasına dair informasiya verilməsi və xidmətlər göstərilməsi və sair bank əməliyyatlarını həyata keçirir. Digər tərəfdən, filial fiziki şəxlərə hesab açmadan "Caspian Money Transfer", "Western Union", "Contact" və "Inter Express" sürətli pul köçürmə sistemləri üzrə köçürmələr həyata keçirir. Bizə çatan məlumatlara görə, yerli sakinlərin bir hissəsi, daha dəqiq desək, bankın əməkdaşlarına "şapka" verməkdən imtina edən vətəndaşlar filialdan kredit götürə bilmirlər. Bankın işçiləri belə insanları heç bir səbəb olmadan get-gələ salır. Deyilənə görə, filialın müdiri Adil Əhmədov şübhəli pul köçürmələrinə şərait yaradır. Bu haqda isə gələn saylarımızda müfəssəl məlumat verməyə çalışacağıq. Bizi izləməyi unutmayın.
Qarşı tərəfin də münasibət bildirmək hüququ var.

Administratorla əlaqə

077 611-55-22

[email protected]