Kriminal

Bakıda film kimi oğurluq - Bankomatdan 173 min oğurladılar

9-04-2018, 01:25
Xeberman.com xəbər verir ki, bu barədə jurnalist Jalə Mütəllimova məlumat verib. O bildirib ki, "Kapital bank"a məxsus bankomatdan oğurluq edilib. Hüseyn Cavid prospektində, Vergilər Nazirliyinin inzibati binasının yaxınlığında yerləşən Kapital banka məxsus bankomatdan külli miqdarda pul oğurlanıb.

Belə ki, üzlərinə əleyhqaz keçirən naməlum şəxslər laqonda ilə bankomatı yararaq içərisindən 173 min manat pul oğurlayıblar.

Hadisə bu gün günorta saatlarında baş verib. Ən maraqlısı odur ki, hadisə baş verən zaman yaxınlıqdakı mühafizəçilər naməlum şəxslərdən nə etdiklərini soruşub. Onlar isə sanepidemstansiyanın əməkdaşları olduğunu və bankomatlarda dezinfeksiya işləri həyata keçirdiklərini bildiriblər.

Qeyd edək ki, hazırda polis oğurluq edən şəxsləri axtarır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]