Əsas Səhifə / Avto

Azərbaycanın sürücülük vəsiqələri xarici ölkələrdə niyə tanınmır?

5-04-2018, 03:01
Son günlər sosial şəbəkəlrdə Azərbaycanın sürücülük vəsiqəsinin xarici ölkələrdə tanınmaması ilə bağlı geniş müzakirələr aparılır. Əlifbamızda olan bəzi hərflərin latın qrafikasında olmaması xarici ölkədə avtomobil sürmək istəyənlərə problemlər yaradıb. Məsələyə Baş Dövlət Yol Polisi Idarəsi də münasibət bildirib.

Azərbaycanın sürücülük vəsiqəsi bəzi Avropa ölkələrində tanınmır.

Xaricdə səfərdə olan bir nəfər özünün feysbuk səhifəsində Azərbaycana məxsus sürücülük vəsiqəsi ilə avtomobil idarə edə bilmədiyini yazıb. Daha doğrusu icarəyə avtomobil götürə bilməyib.Buna səbəb kimi sürücülük vəsiqəsindəki müəyyən çatışmazlıqlar göstərilib.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev ''Xəzər Xəbər''ə bildirib ki, Azərbaycan yol hərəkəti haqqında Vyana konvensiyasına qoşulub.. Və bu konvensiyaya qoşulan ölkələr bir-birinin sürücülük vəsiqələrini tanıyır.

İddiaya görə milli sürücülük vəsiqəsindəki müəyyən həriflər latın qrafikasında olmadığı üçün bəzi ölkələr bunu tanımır. Kamran Əliyevin bu cür vəziyyətlə üzləşən şəxslərə tövsiyyəsi də var.

Gələcəkdə ümumvətəndaş pasportunda olduğu kimi, sürücülük vəsiqəsində də ad və soyadların Azərbaycan və İngilis dillərində yazılması məsələsinə gəldikdə isə şöbə rəisi bunun gündəmdə olmadığını bildirdi.

Administratorla əlaqə

077 611-55-22

[email protected]