Siyasət

Deputat: Müxalifət hakimiyyətə gəlsə, ölkə Suriyanın gününə düşər

3-04-2018, 19:00

Bugünkü radikal müxalifətə ona görə müxalif olmuşam ki, onlar məhz gizli və ya açıq şəkildə bugünkü iqtidarın yanında olublar.

Milli Məclisin aprelin 3-də keçirilən plenar iclasında deputat, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.

O bildirib ki, müxalifət, radikallar hazırkı hakimiyyətdən yetərincə xeyir görüblər.

“Bir nəfər mənə göstərsin ki, o, iqtidarın xeyrini görməyib. Deputat mandatı alanı da olub. İqtidardan qovulandan sonra isə qəhrəman, radikal müxalifət olublar. Kim inanar sizə? Hansı partiya və onun sədri deyə bilər ki, Azərbaycanda sabitliyi təmin edə bilər?!

Heç biri cürət edib bəyan edə bilməz, desin ki, hakimiyyətə gələr və Azərbaycan Suriyanın halına düşməz. Buna heç kəs zəmanət verə bilməz. Onlar yalnız söyürlər, təhqir edirlər. Yaxşı, dağıdaq, bəs əvəzində nə olsun? Ona görə biz bu mövqedə olanları pisləyirik”, - deyə T.Kərimli əlavə edib. // Oxu.az

Administratorla əlaqə

077 611-55-22

[email protected]