Əsas Səhifə / Şikayət / Yaşam

Daha bir ana savadsız həkimin səhvinin qurbanı oldu

1-04-2018, 17:48
Xeberman.com-un verdiyi məlumatına görə, 28.03.2018-ci il tarixində daha bir xəstə, daha dəqiq günahsız bir qadın - bir ana və onun yeni doğulmuş körpəsi növbəti bir məsuliyyətsiz, öz işində səriştəsi olmayan, savadsız bir həkim səhvinin qurbanı oldu.
Hadisə "Şəki Regional Perinatal Mərkəz"də baş vermişdir. Belə ki, 31 yaşlı xəstə Məmmədova Türkan İlham qızı 28 mart 2018-ci il tarixində təqribən günorta saat 1 radələrində mərkəzin baş həkimi Saniyə Bəyməmmədova tərəfindən keysəriyyə əməliyyatı olunmuş və körpə sağ-salamat dünyaya gəlmişdir. Lakin, əməliyyatdan 2 saat sonra xəstədə qanaxma baş vermişdir. Qanaxmanın baş verməsinə səbəb yanlışlıqla aorta damarının kəsilməsi olmuşdur. Vəziyyətin pis olduğunu görən "Həkimlər" xəstəni yenidən əməliyyata almış və xəstə amputasiya olunmuşdur. Ancaq, bu dəfə də güdülün başı bağlanmadığı üçün qanaxmanı saxlamaq mümkün olmamışdır. Ayın 28-dən 29-na keçən gecə Bakı şəhərindən həkim göndərilmiş və həkim qanaxmanın dayanması üçün qanın birbaşa donordan alınıb, xəstəyə verilməsi ilə bağlı tapşırıq vermişdir. Bundan sonra 380 könüllü donordan qan alınıb, xəstəyə vurulmuşdur. Lakin, bu da kömək etmədiyinə görə Bakı şəhərindən yeni həkim briqadası gönədərilmiş və xəstə 3-cü dəfə əməliyyat edilmişdir. Təqribən 6 saat çəkən əməliyyatdan sonra xəstənin vəziyyəti bir qədər normallaşmışdır. Lakin, stabil vəziyyət uzun çəkməmişdir. Belə ki, mart ayının 30-da yenidən xəstənin vəziyyəti pisləşmişdir. Vəziyyətin ağırlaşmasına səbəb kimi bu dəfə xəstənin böyrəklərində yaranan problem göstərildi və yenidən Bakı Şəhərindən məsələylə bağlı həkim briqadası cəlb olundu. Problemə səbəb kimi bu dəfə kateterin düzgün qoyulmaması göstərildi. Və xəstə yenidən 4-cü dəfə əməliyyat edildi. Amma, çox təəssüflər olsun ki, həkimlərin bütün səylərinə baxmayaraq, ananı xilas etmək mümkün olmadı. Ölümlə yaşam arasında həyat mücadələsi verən gənc ana mart ayının 30-dan 31-nə keçən gecə dünyasını dəyişdi...
Yazını yazmaqda məqsədimiz odur ki, bu yazılar mümkün qədər çox paylaşılsın və kimsə bu və bu kimi olaylara biganə qalmasın! Bu regionumuzda və ümumiyyətlə ölkəmizdə baş verən yeganə olay deyil. Hər il Respublikamızda milyonlarla ana və uşaq bu cür savadsız və səhlənkar həkimlərin qurbanına çevrilir. Və buna görə biz də bu cür hadisələrin statistikasının artmaması üçün əlimizdən gələni etməli, haqq səsimizi ucaltmalıyıq! Çünki, əgər qarşısı alınmazsa, bu cür olayların sonu olmaya bilər.
Yazıb, sizdən xahiş edirik ki, kimsə bu məsələyə duyarsız qalmasın! Məsələylə bağlı dövlət dövlət və Səhiyyə Nazirliyi səviyyəsində etiraz edilsin! Müvafiq instansiyalara, aidiyyatı orqanlara şikayət ərizələri yazılsın və bu cür savadsız, məsuliyyətsiz və naşı həkimlərin səhiyyədən uzaqlaşdırılması ilə bağlı dövlət səviyyəsində rəsmi qərar qəbul edilsin!
Paylaşın ki, günahsız qadınlarımızın, analarımızın və körpələrimizin qanı yerdə qalmasın!

Administratorla əlaqə

077 611-55-22

[email protected]