Xəbərlər / Yaşam / İslam / Yazarlar

İslamda Evlənmək və Qadınla cinsi əlaqədə olmaq ədəbləri

28-03-2018, 02:13
Cinsi əlaqədə olmazdan qabaq qadınla bir qədər mazaqlaşmaq və onunla yaxşı rəftar etmək lazımdır, heyvan qaydaları ilə yox. Ayın (hicri-qəməri ayının) əvvəlində, ortasında və axırında cinsi əlaqədə olmağın məsləhət deyil, çünki bu uşağın yarımçıq düşməsinə və bir də onun dəli olmasına və ürək getməsinə səbəb olar. Lakin ramazan ayının birinci gecəsində cinsi əlaqədə olmaq sünnətdir. Cinsi əlaqədə olan zaman danışma ki, uşağın lal ola bilər. həmçinin bu müddətdə ayıb yerlərə baxmaq övladın kor olmasına səbəb ola bilər. İkiniz bir dəsmalla təmizlənməyin ki, bu sizin aranızda düşmənçilik yaradar. Çalışın tamam çılpaq halda olmayasınız, yoxsa mələklər sizdən uzaqlaşar. Arxası və üzü qibləyə olmayın. Ayaq üstə cinsi əlaqədə olmayın, çünki bu heyvan işidir. Buna görə də sizdən dünyaya gələn uşaq öz yatağını heyvan kimi nəcis edər. Fitr bayramının gecəsi cinsi əlaqədə olma, yoxsa uşağın şər adam olacaq. Qurban bayramında nüftəsi bağlanan uşaq altı və ya dörd barmaqlı olar. Meyvə ağacının altında nüftəsi bağlanan uşaq adam öldürən, cəllad və ya zülmkarların başçısı ola bilər. Günəşin şüası altında ana bətninə düşən uşağın halı həmişə pis və pərişan olar. Bir də azan və iqamə arasında cinsi əlaqəyə girməyin ki, bu zamanda əmələ gələn uşaq qan tökməyə meyilli olar. Qadınla cinsi əlaqədə olmazdan qabaq dəstəmaz almağı unutma, əgər dəstəmazsız olsan səndən olan övlad qəlbi qara və xəsis olar. Şə`ban ayının ortasında yaxınlıq etmə ki, övladın nəhs və üzü qara olar. Şə`banın axırında nüftəsi bağlanan uşaq zalım insanlara köməkçi olar. həmçinin ev üstündə cinsi əlaqədən yaranan uşaq ikiüzlü və bid`ətçilərdən olar. Üstüaçıq yerdə və camaatın keçdiyi yolların yaxınlığında yaxınlıq etmə ki, Allah mələklər və insanlar sizi lə`nətləyərlər. Dan yeri söküləndən gün çıxana qədər və gün çıxan vaxtdan günəşin qızartısı itənə qədər, ay tutulan gecə və gün tutulan gündüz və həmçinin şiddətli külək əsən və zəlzələ baş verən gecə və gündüz cinsi əlaqədə olmaq düzgün deyil. Əgər bu cür hallarda səndən uşaq dünyaya gələrsə ondan bəyəndiyin işləri görə bilməzsən. Öz qadınınla cinsi əlaqədə olmaq istəsən diqqət etməlisən ki, evdə olanlar oyaq olmasınlar, əgər oyaq olub sizi görsələr və cinsi əlaqədə olan vaxt sizin danışıqlarınızı və ya nəfəsinizi duysalar övladınız pis əməlli və zinakar olar.
Qadın heyz olan halda onunla cinsi əlaqədə olmaq haramdır. Rəvayətdə nəql olunmuşdur ki, hər kəs heyzli halda qadınla cinsi əlaqədə olarsa ondan dünyaya gələn uşaq Əhli-beytə düşmən olacaqdır. Gəmidə və o səfərdə ki, qüsl vermək üçün su tapılmır, orada cinsi əlaqədə olmaq düzgün deyil. Yalnız əlacsız olsan bu işin eybi yoxdur. Yuxuda cünub olduqdan sonra qüsl verməsən cinsi əlaqəyə girmək məsləhət deyil, əgər qüsl etməzdən qabaq əlaqədə olmaq istəsən sidiyi xaric etmək üçün tualetə get, qoy sidik kanalları təmizlənsin, sonra cinsi əlaqədə ola bilərsən. Əgər bir-birinin ardınca da yaxınlıq etmək istəsən sidiyə get. Axşamın əvvəlinci saatlarında qadınla cinsi əlaqədə olma. Lakin bazar ertəsi gününün axşamı çərşənbə axşamının gecəsi, cümə axşamının gecəsi cümə axşamının gündüz çağı günəş göyün ortasına çatanda və bir də xüsusilə cümə gününün axşamı xiftən namazından sonra cinsi əlaqədə olmaq bəyənilmişdir və bunların hər biri üçün ayrı-ayrılıqda tə`sirlər nəql olunmuşdur. Vəllahu alim (həqiqətən, Allah hər bir şeydən xəbərdardır). (Şeyx Abbas Qummi)

Administratorla əlaqə

077 611-55-22

[email protected]