Texnologiya

“YouTube” silah videolarına senzura qoyur

24-03-2018, 11:08

“Youtube” videoportalı odlu silahlarla bağlı videolara əlavə məhdudiyyətlər qoyacaq.

“Google”a məxsus olan “YouTube”un tətbiq edəcəyi məhdudiyyət çərçivəsində odlu silahlar, səsboğucuların düzəldilməsi və montajı barədə məlumatların yer aldığı videolara əngəl yaradılacaq.

Videoportalın silah satışı reklamları da yasaqladığı bildirilir.

“YouTube” odlu silahlarla bağlı məhdudiyyətlərə ötən ildən başlayıb.

ABŞ-da hər il baş verən onlarla silahlı hücumu, buna görə şikayətləri nəzərə alan portal odlu silah reklamlarını öz kateqoriyaları siyahısından çıxarıb.// Oxu.az

Administratorla əlaqə

077 611-55-22

[email protected]