Hava haqqında / Gündəm

Azərbaycana qar yağır

12-03-2018, 14:07
Martın 12-si gecə saatlarından Azərbaycanın şimal rayonlarında qar yağmağa başlayıb.

Quba və Qusarın dağlıq ərazilərində qarın hündürlüyü 2-7 santimetrə çatır. Ən çox yağıntı Qubanın Qırız kəndində qeydə alınıb. Temperatur - 6 dərəcəyədək düşüb.

Qusarın rayon mərkəzində qarın hündürlüyü 2 santimetrdir.

Hazırda qar Quba, Qusar və Xaçmaz rayonları ərazisinə yağmaqda davam edir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]