Əsas Səhifə / Media

Real Tv-nin yayıma başlayacağı tarix AÇIQLANDI

9-03-2018, 19:32

“Real” TV-nin peyk yayımına başlayacağı tarix məlum olub.

BAKU.WS-in məlumatına görə, Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Toğrul Məmmədov apa-ya bildirib ki, “Real” TV-nin martın 12-dən sonra “Azərspace-1” peykində yayıma başlayacağı nəzərdə tutulub.

Qeyd edək ki, martın 5-də MTRŞ-da “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin peyk yayımı üçün lisenziya verilməsi barədə müraciətinə baxılıb. MTRŞ-nın qərarına əsasən, “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə ixtisaslaşmış (xəbər) kanal kimi peyk yayımı üçün müddətsiz lisenziya verilib.

“Real" TV-nin baş direktoru Mirşahin Ağayevdir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]