Media

QHT sədri xanımları mükafatlandırdı

8-03-2018, 19:21
QHT sədri xanımları mükafatlandırdı
“Qafqaz-media” İB 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə növbəti tədbir keçirib

Martın 7-də “Oazis” restoranında təşkil edilən tədbirdə millət vəkilləri Jalə Əliyeva, Qənirə Paşayeva, tanınmış elm, mədəniyyət adamları, yazıçılar və media nümayəndələri iştirak ediblər.

Gənc şairlər Günay Həsənova və Qabil Ədalətin aparıcılığı ilə keçirilən tədbirdə “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibətilə qadınların ünvanına xoş arzular səsləndirilib, ictimai-siyasi fəaliyyətdə fərqlənən bir qrup xanımlara İB tərəfindən təsis edilmiş “Tomris” mükafatı təqdim olunub.

Tədbirdə vurğulanıb ki, bu gün Azərbaycanda qadın hüquqlarının qorunmasına böyük diqqət göstərilir, Azərbaycan qadınları cəmiyyətdə gedən ictimai-siyasi proseslərdə yaxından iştirak edirlər.

Bayram günü münasibətilə İB-in sədri Hacı Azadə Taleh Abbasqızı Azərbaycan qadınlarına ən xoş arzularını çatdırıb. Azadə Taleh xanımlarının hər birini təbrik edərək analara, bacılara, xanımlara can sağlığı, ailə səadəti, xoşbəxtlik, uzun ömür və işlərində müvəffəqiyyətlər arzu edib.

Sədr əlamətdar gün münasibətilə Respublikanın ictimai-siyasi həyatında aktiv iştirak edən qadınlara, eləcə də Kərkükdən tədbirə qatılan şair-sənətçi Eyup Hikmətə “Qafqaz-media” İB adından fəxri fərman və qiymətli hədiyyələr təqdim edib.

Tədbirin bədii hissəsində tanınmış sənət adamları konsert proqramı ilə qadınları təbrik ediblər.

Tədbir şən mahnı və rəqslərin ahəngi ilə başa çatıb. // Manera.az




Administratorla əlaqə

077 611-55-22

[email protected]