Kriminal

Sumqayıtda dəhşət - Bir evdən 6 meyit çıxarıldı

5-03-2018, 14:00
Sumqayıtda bir evdə 6 meyit tapılıb.
Xeberman.com-un verdiyi xəbərə görə, qonşular polisə şikayət edərək bir neçə gündür mənzildən pis qoxunun gəldiyini bildiriblər.
Bundan sonra hüquq-mühafizə orqanları hadisə yerinə gəlib. Sülh küçəsində yerləşən həmin mənzildə 6 nəfərin meyiti aşkar edilib.
Sumqayıt Şəhər Polis İdarəsindən "Qafqazinfo”ya məlumatı təsdiqləyiblər. Bildirilib ki, hazırda işlə bağlı şəhər prokurorluğunda araşdırma aparılır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]