Əsas Səhifə / İqtisadiyyat

Prezidentin ev verdiyi dördəmlərin atası: “Onları uşaq evinə verim?”

22-01-2016, 06:34
Prezidentin ev verdiyi dördəmlərin atası: “Onları uşaq evinə verim?”
Xeyli müddət əvvəl ölkə başçısının ev verdiyi dördəmlərin atasının ağır vəziyyəti ilə bağlı xəbər yaymışdıq. Belə ki, dördəmlərin atası Rəşad Abbasov işsizlikdən əziyyət çəkdiyini, uşaqlarını çətinliklə dolandırdığını və iş istədiyini bildirmişdi.
 
Bu gün isə dördəmlərin atası müraciət edərək uşaqlarına baxa bilmədiyini vurğulayıb:
 
"Mən bir müddət əvvəl Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət elədim. Müraciətimdə bildirdim ki, ağır vəziyyətdəyəm, kommunal xərcləri, evin tələbatını ödəyə bilmirəm. Qiymətlər də qalxıb, uşaqları saxlaya bilmirəm. Soyuq, buz kimi təmirsiz evdə yaşayıram, işsizəm. Daha sonra Xətai rayon İcra Hakimiyyətinə müraciət ünvanladım.Ərizəni verdikdən sonra dedilər ki, bir həftədən sonra, həftənin birinci günü qəbul günüdür, gələrsən. Getdim qəbula, lakin başçı Razim Məmmədov olmadığı üçün məni başçının birinci müavini qəbul etdi. Bildirdim ki, ölkə başçımız ev verib, lakin ev tam təmirsiz evdir. Xeyiriyyəçilərin köməyi ilə evin bir otağını təmir etdirdim.. Bu gün evin kommunal xərcləri, üstəgəl uşaqların yeməyi, içməyi, pampersi və s. təmin edə bilmirəm. Yoldaşım da xəstədi, onu da güc bəla ilə borc-xərclə müalicə etdirirəm. Evin istiliyi olmadığı üçün uşaqlar da xəstələnirlər. Mənə dedilər ki, qardaş, sən get sənə 10-15 gün içərisində xəbər edəcəyik. Həmçinin onu da qeyd etdilər ki, evin təmiri ilə bağlı dövlət yardım etmir, amma işsizlik, uşaqlara yardımla əlaqədar biz sənə kömək edəcəyik. Nömrəmi də götürdülər ki, sənə köməklik edəcəyik. Amma hələ ki, heç bir xəbər gəlməyib. Uşaqlar da soyuqdan xəstə olduqları, yoldaşım da müalicə olunduğu üçün Səhiyyə Nazirliyinə də müraciət etdim ki, bizə bu müalicələrdə, müayinələrdə köməklik göstərilsin. Həkim resept yazır. Apteklərdə də dərmanların qiyməti od qiymətinədir, imkanlaşdırıb ala bilmirəm. Müraciətimə "çatdı" cavabı gəlsə də, hələlik məsələ ilə bağlı heç bir çağırış, heç bir xəbərdarlıq edilməyib. Mən indi çıxılmaz vəziyyətdəyəm, tikintilərə fəhlə kimi gedirəm, iş də yoxdur, nə edim, necə edim? Uşaqlarımı uşaq evinə verim? Xahiş edirəm mənə kömək əllərini uzatsınlar" .
 
Qeyd: Onlara yardım etmək istəyənlər bu nömrələrlə əlaqə saxlaya bilərlər: 0506319932, 0552820281.
 
Rövşən Əsədov
Cebhe.info
- See more at: https://cebhe.info/oxu/11267/#sthash.VT7uEaW0.dpuf

Administratorla əlaqə

077 611-55-22

[email protected]