Dünya

Türkmənbaşı ölkənin bütün qadınlarına pul mükafatı ayırıb

1-03-2018, 12:31

Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedov 8 Mart münasibətilə sərəncam imzalayıb.

Oxu.Az Sputnik-ə istinadən xəbər verir ki, dövlət başçısı tərəfindən imzalanan sərəncama əsasən, müəssisə və idarələrdə, təşkilatlarda işləyən qadınlara pul mükafatı (18.80 AZN) veriləcək.

Mükafatın verilməsi martın 1-dən başlayacaq. Sərəncam tələbələrə, məktəbli qızlara, uşaq bağçalarında işləyən qadın müəllimlərə, təqaüdçü qadınlara da şamil olunacaq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]