Maraqlı / Elm

İlham Əliyev müəllimlərin maaşını artırdı – SƏRƏNCAM

28-02-2018, 21:05
Azərbaycan prezidenti İlham Əliyev təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb.

Press-az.com-un məlumatına görə, sənədə əsasən, dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrində (ali təhsil müəssisələri istisna olmaqla) çalışan işçilərin aylıq vəzifə maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılıb.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]