Gündəm

Ermənistan ordusuna ağır zərbə

25-02-2018, 20:14
Ermənistan ordusuna böyük zərbə vuruldu”.
Xeberman.com xəbər verir ki, Türkiyənin "Hürriyyet” qəzeti erməni hərbi birləşmələrinin təxribatı nəticəsində cəbhədə başlanan döyüşlər haqda yazıb.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına istinad edən qəzet Ermənistan ordusunun dünən gecə cəbhə xəttinin Xocavənd və Füzuli istiqamətindəki strateji yüksəklikləri ələ keçirmək məqsədilə ağır silahlarla hücuma keçdiyini yazıb.

"Azərbaycan Ordusu isə hücuma qarşılıq verib. Şiddətli döyüşlər nəticəsində Azərbaycan Ordusu Ermənistan ordusuna ağır zərbə vurub”, - deyə qəzetin məlumatında bildirilir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]