Xəbərlər / Şikayət

Azərbaycanda telekanal rəhbəri işçini döydü - Prezidentə müraciət etdi- FOTOFAKT

15-02-2018, 17:40

Televiziyalarından biri ilə bağlı  şikayət daxıl olub.
Kərimov Vüqar Kamil oğlu televiziyanın region üzrə müdiri Nadir Şəfiyevlə bağlı saytımıza müraciət edib.
Zərərçəkən şəxs deyir ki, "Arb 24 kanalında  işlədiyim müddətdə məni səs otağında əvvəlcə təhqir edib, daha sonra isə yumruq atıb. Nəticədə isə mən onu Tovuz rayon Prokurorluğuna və Dövlət Təhlükəsizlik Xidmətinə şikayət etmişəm".
Kərimov həmin kadrların ittiham edilən şəxs tərəfindən sildirildiyini, bununla bağlı hadisə şahidinin olduğunu da deyir.

Vüqar Kərimov hər dəfə bir bəhanə ilə maaşından 25-75 manat aralığında məbləğlər kəsildiyini, ən pisi isə ona qarşı bəzi dözülməz iddialar irəli sürüldüyünü qeyd edib: "Guya, mən o otaqda səs oxumağa gələn qızlara pis davranıram və hətta onlara tərbiyəsiz sözlər deyirəm. Amma heç bir qız çıxıb demədi ki, bu söz mənə deyilib. Yəni bunun yalanı tez bir şəkildə aşkar olundu. Nadir Şəfiyev mənimlə prinsipə girirdi"- deyə məsələnin hansı mərhələdən sonra alovlandığını bildirib.
Otağına gedib bu şər-böhtanların səbəbini soruşan Vüqar Kərimov iddia edir ki, belə bir cavabla qarşılaşıb."Burda mənim qoyduğum qanunlar keçir".
"Şəfiyev o kanalı öz ailəsi üçün yaradıb. Orda onun həyat yoldaşı Ruqiyyə Şəfiyeva və digər ailə üzvlərinin adına maaş yazılır. Heç biri isə işə gəlmir. Oğlu Allahverdi Şəfiyevdən başqa. O da xəbər departamentinin rəisidir, amma efirlə bağlı ən böyük səhvləri də məhz o edir".
Müəsisənin hər bir avadanlığından pul qazanırlar.
"Şirkətin adına hər gün benzin talonları yazılır amma heç bir maşın çəkilişə getmir. Uzağı həftədə bir dəfə, cəmi bir maşın"- deyə kanalın keçmiş işçisi maraqlı faktın üstünü də açıb.
Oğlu Allahverdi Şəfiyev Azərbaycan ordusunu Aprel döyüşlərində işğalçı tərəf kimi təqdim etmişdi.
Saytımıza müraciət edən Kərimov Şəfiyevin etdiklərinin bununla bitmədiyini də qeyd edib. İşdən çıxan Kərimov məhkəməlik olduğu müdirin "diqqətini" burada da öz üzərində hiss edib. "Ayan Palace"-də işçi kimi fəaliyyətə başlayan Vüqar deyir ki, qısa bir zamanda- dörd ay sonra "ən yaxşı işçi" kimi fərqləndirilsə də, onun bu sevinci yarımçıq qalıb. Çünki Şəfiyevin "hörməti" bu müəsisədə "xahişinin keçməsinə" səbəb olub.


Administratorla əlaqə

077 611-55-22

[email protected]