Media

TRT-də Nargin adası haqqında sənədli film nümayiş olunacaq

12-02-2018, 21:00
TRT-də Nargin adası haqqında sənədli film nümayiş olunacaq
Türkiyənin “TRT Belgesel” telekanalı ötən il “Bilinməyən Tarix, Nargin Adası Əsarəti” adlı sənədli film çəkilişlərinə Bakı, Nargin adası və Gəncədə start vermişdı.

TRT-nin Bakı ofisindən virtualaz.org-a verilən məlumata əsasən, sənədli film, Birinci Dünya müharibəsində Nargin adasında Rusiya ordusu tərəfindən əsir götürülən Osmanlı əsgərləri və bu əsirlərə kömək əlini uzadan azərbaycanlılardan bəhs edir.

Sənədli film fevralın 17-də saat 21:30-da “TRT Belgesel” kanalında yayımlanacaq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]