Ölkə

Nazir 33 milyonu batıran “mafioz” kompleks direktorunu araşdırır - Bərdədə iflas

6-02-2018, 20:43
Bərdədə faliyyət göstərən Qarabağ Aqrar Sənaye Kompleksi direktoru Vahid Rzayev rayon rəhbərliyi ilə yola getmirmiş


Bərdədə torpaq çatışmazlığından gileylənməsi və bunu prezidentin qarşısında dilə gətirməsi V.Rzayevi Bərdə rəhbərliyi ilə düşmən edib.

Bərdə Rayon İcra Hakimiyyətindən V.Rzayevə mesaj göndərilib ki, onun çıxışı rəhbərliyin xoşuna gəlməyib. Çünki torpaq çatışmazlığı problemini RİH-nin üzərinə qoyub.

Halbuki, ən böyük kəndlərdən biri olan Mehdilinin 35 hektarlıq ümumi otlaq sahəsi zəbt olunub.

Bu özbaşınalığı “Qarabağ Aqrar Sənaye” rəhbəri Vahid Rzayev həyata keçirib. İndi hansı torpaq çatışmazlığından danışmaq olar?

Nəticədə kompleksin fəaliyyəti uğursuz alınıb. Halbuki, 32 milyon manat sərf olunub. Sahibkarlığa Kömək Milli Fondunun maddi dəstəyi hesabına tikilmiş “Qarabag Aqrar Sənaye” kompleksi batır.

Layihənin icrası zamanı ərazinin alınması üçün 3 milyon manat ayrılması nəzərdə tutulub.

3 milyon manata indiki Mehdili kəndinin otlaq sahəsi yox, Bərdə rayonunun Xamtorpaq adlanan ərazisində 400 hektar torpaq alınaraq kompleksin tikintisi üçün istifadəyə verilməli imiş.

Ancaq Vahid Rzayev “Qarabağ Aqrar Sənaye” kompleksini indiki uyğunsuz yerində inşa edib.

Dövlətin 32 milyon manat vəsaiti hesabına ərsəyə gəlmiş “Qarabağ Aqrar Sənaye” kompleksi iflas durumundadır.

Beyləqan-Yevlax magistral yolunun kənarında inşa edilən kompleksin inkişafı üçün ətrafında 1 metr boş torpaq sahəsi yoxdur.

Müəssisənin inkişafını kompleksin önündən keçə magistral və Yuxarı Qarabag kanalı, arxadan isə “şor kanal” əngəlləyir.

Məlumatda deyilir ki, son dəfə kompleksə gələn kənd təsərrüfatı naziri Heydər Əsədov da buradakı vəziyyətin bərbadlığını, ərazinin kompleksə görə çox kiçik olduğunu Vahid Rzayevin nəzərinə çatdırıb.

FİA.Az xəbər verir ki, V.Rzayev isə “Qarabağ Aqrar Sənaye” kompleksinin böyründə Vaqif adlı şəxsə məxsus fermanın ərazisini də nazirə kompleksin yeri kimi təqdim edib.

Ancaq H.Əsədovun buna inanmadığı deyilir. Yaxın vaxtlarda nazirlikdən Bərdəyə yoxlama göndərilməsi istənilir. Çünki V.Rzayevin “qara işlərlə” məşğul olduğu haqda məlumatlar dolaşmaqdadır.

Mehdili kənd sakinləri Salmanzadə Şahin və Həsən Sadıqov tərəfindən prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevaya ünvanlanmış şikayət məktubunda V.Rzayevin kriminal əlaqələrindən bəhs olunub.

Müflis olmuş iş adamları Şahin Salmanzadənin və Həsən Sadıqovun maşınlarına tiryək qoyulmaqla hədələnməsi barədə məlumatlar gedib.

Ölkə rəhbərliyinə ünvanlanan həmin məktubda iddia olunur ki, Vahid Rzayevin bu təhdidindən sonra iş adamları Rusiyaya qaçıb.

Ancaq bu da iş adamının harayına çatmayıb. Belə ki, ölkədən Rusiyaya gedən kriminal dəstə Həsən Sadıqovdan Rusiyada 400 min manat alıblar.

Vahid Rzayev “Qarabağ Aqrar Sənaye” kompleksinə rəhbərlik etməklə yanaşı həm də, rayondakı sahibkarla aşağı faizlərlə böyük məbləğlərdə pul verir.

Ehtimal olunur ki, milyonlarla dövriyyədə olan bu pullar kompleksin tikintisi zamanı mənimsənilən pullardı.

Qarşı tərəfi dinləməyə hazırıq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]