Gündəm / Dünya

Rus təyyarəsini ABŞ vurub? - İDDİA

6-02-2018, 01:08
İdlibdə birbaşa nəzarət etdiyi qruplara çiyindən atılan hava müdafiə raketi "MANPADS “verən ABŞ-ın, Rusiyaya məxsus SU-25 qırıcısının vurulmasında rol oynadığı iddia edilib.

Afrində əli qanlı terror təşkilatı PKK-ya örtülü şəkildə TIR-larla dolu silah göndərən Vaşinqton, İdlibdə də birbaşa idarə etdiyi "müxalif” görünüşlü qruplara da bir müddətdir çiyinüstü hava müdafiə silahı “MANPADS” raketləri verib. Şənbə günü İdlibdə Rus təyyarəsini vuranların əlində ABŞ-ın verdiyi “MANPADS” silahı vardı. Bir müddət öncə yenə Lazkiyedə Rus hərbi bazası Hmeymimə "müxalif” maskalı adamların təşkilatçılığı ilə həyata keçirilən bomba yüklü İHA təcavüzünün də bu çərçivədə olduğu bildirilir. Hücumdan sonra bəzi xəyanətkar alətlər bilərəkdən Türkiyənin dəstəklədiyi ASO qruplarını ittiham etmiş, lakin bu hiylə baş tutmamışdı. Hadisədən sonra Kremldən edilən açıqlamada "Hücumun arxasında kimlərin olduğunu bilirik. Türkiyə dövləti və ordusunun hücumla əlaqəsi yoxdur" deyilmişdi.

BİR ŞƏXS DİQQƏT ÇƏKİR

Rus qırıcı təyyarəsinin vurulması və hərbi bazasına olunan hücumla bağlı hadisənin mərkəzində xüsusi bir şəxs daha çox diqqət çəkir. Bu, “Suvvar Suriya” adlı qrupun liderliyini edən Camal Marufdur. Türkiyədə amerikalıların istifadə etdiyi İncirlik Bazasının sıx daimi ziyarətçisi olan Maruf, regionda Pentaqonun "ən sadiq” adamı kimi tanınır. Silah qaçaqmalçılığı etdiyi barədə keçmişdə haqqında çox sayda iddialar mövcuddur. Maruf eyni zamanda ABŞ-ın Suriyada silah verdiyi ilk qrupun da liderliyini edib. PKK-ya silah daşınmasına rəhbərliyin də məhz Camal Marufun etdiyi iddia edilir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]