Dünya

Vyanada ənənəvi Avropa Qaz Konfransı keçirilib

21-01-2016, 12:01
Vyanada 9-cu ənənəvi Avropa Qaz Konfransı keçirilib. 450-dən çox nümayəndənin iştirak etdiyi konfransın məqsədi aparıcı enerji şirkətləri ilə hökumət dairələri arasında ümumavropa qaz siyasətinin istiqamətlərini müəyyənləşdirməkdir. 

Konfransda Avropa qaz təchizatının təhlükəsizliyi, Rusiya-Avropa İttifaqı əməkdaşlığı, mayeləşdirilmiş təbii qazın nəqli, eləcə də Azərbaycan qazını Avropaya çatdıracaq TAP və TANAP layihələrinin rolu müzakirə olunub.

Tədbirdə "OMV Gas” şirkətinin rəhbəri Rayner Seele, "Edison” şirkətinin baş əməliyyat müdiri Pyer Vergerio, "Eurogas” beynəlxalq təşkilatının baş katibi Beate Raabe, ECONGAS şirkətinin təchizat və ticarət başçısı A. Vilyamson, Oksford enerji araşdırmaları institutunun baş elmi işçisi D. Ledesma və digərləri çıxış ediblər.

Azərbaycanı konfransda ARDNŞ-ın Avstriyadakı nümayəndəliyinin əməkdaşları və Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin aparıcı elmi işçisi Gülmira Rzayeva təmsil edib. Gülmira Rzayeva "Azərbaycan qazı Avropada – TANAP – TAP layihələrinin rolu” mövzusunda paneldə çıxış edib./Report.az/

Administratorla əlaqə

077 611-55-22

[email protected]