Kriminal
Azərbaycanlı ər-arvad 200 porsuq dərisi ilə tutuldu
28-01-2018, 15:54
İstanbulun Atatürk hava limanında azərbaycanlı ər-arvad saxlanılıb.
Xeberman.com xəbər verir ki, onların yük çantasından 200 porsuq dərisi çıxıb.
Məlumata görə, Ukrayanın Odessa şəhərindən gələn azərbaycanlı Ş.A və həyat yoldaşının hərəkətləri pasport nəzarəti zamanı gömrük əməkdaşlarını şübhələndirib. Onlar sərnişinləri izləyib və Xarici Xətlər Terminalında saxlayıb. Yükləri yoxlanılan Ş.A və həyat yoldaşının 200 porsuq dərisini ölkəyə keçirməyə çalışdıları məlum olub. Hər iki şəxsə cinayət işi açılıb.
200 porsuq dərisinin bazar qiyməti 45 min lirədir (təxminən 20 min manat).