Elm

AzTU-da “Açıq qapı” günü keçirilib - FOTO

17-01-2018, 14:13

Yanvrın 16-daAzərbaycan Texniki Universitetində (AzTU) “Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2016-cı il 1993 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədi ilə qış imtahan sessiyasının gedişini izləmək üçünuniversitet İctimai Şurasının üzvləri, KİV nümayəndələri, təhsil ekspertləri və valideynlərin iştirakı ilə açıq qapı günü təşkil olunub.
Qanaqlar auditoriyalarda imtahanların gedişini izləyib, qış imtahan sessiyasının mövcud qaydalara uyğun təşkilini, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın, obyektivliyin təmin edilməsini müşahidə ediblər.
AzTU-nun rektor əvəzi Xalıq Yahudov bildirib ki, bu il qış imtahan sessiyasında təxminən doqquz minəyaxın tələbə iştirak edir. Bütün I , II kurs və Xüsusi texnika və texnologiya fakültəsinin, SABAH qruplarınıntələbələri, eləcə də magistrantlaryazılı, bakalavriat səviyyəsinin III və IVkurslarında təhsil alan tələbələr isə test üsulu ilə imtahan verirlər.
Rektor əvəzi qeyd edib ki, imtahan sessiyasına hazırlıq ərəfəsində müvafiq fənlər üzrə yoxlama imtahanları-kollokviumlar keçirilib. Həmçinin, imtahanların gedişinə nəzarət etmək məqsədilə universitetdə qərargah və Apelyasiya Komissiyası yaradılıb. Bildirilib ki, qiymətləndirmədən narazı qalan tələbələrin Apelyasiya Komissiyasına ərizə ilə müraciət etmələri üçün lazımı şərait yaradılıb. Burada mübahisə doğuran məsələlər komissiya tərəfindən tələbələrin iştirakı ilə araşdırılır, qiymətləndirmədə şəffaflıq və operativlik təmin edilir.
Xalıq Yahudov məlumat verib ki,universitetdə tədris prosesi və imtahanların təşkili üzrə bütün məsələlər bu ali məktəbdə yaradılmış elektron universitet portalı vasitəsilə nəzarətə götürülür. Tələbə test imtahanlarının nəticələrini cavabları təsdiq etdikdən sonra dərhal kompyuterin ekranında görür. Yazılı imtahanlar da test imtahanları kimi ciddi nəzarətə götürülüb. Yazılar şifrələnir, sonra yoxlanılır. Həmin gün yaxud da 1 gün sonra qiymətlər tələbələrə elan edilir və eyni zamanda itm.aztu.az saytına yerləşdirilir.
Sonda təhsil ekspertləri, media nümayəndələri imtahan prosesinin gedişi ilə bağlı fikirlərini bölüşüblər. Müşahidəçilər universitetdə imtahanların yüksək səviyyədə təşkil olunduğunu, lazımi şəraitin yaradıldığını bildiriblər.



Administratorla əlaqə

077 611-55-22

[email protected]