Xəbərlər / Maraqlı

Dubay polisi dünya rekordunu təzələdi

14-01-2018, 20:07

Dubay polisinin zabiti Abdulla Qollandi kvadrosiklin arxa təkərləri üstündə bir saata 60 kilometr qət edib və adını Ginnesin Rekordlar Kitabına yazıb. Əvvəlki dünya rekordu 2015-ci ildə arxa təkərlər üstündə 50 kilometr məsafə qət etmiş kanadalı Lukas Envudun olub.

Axar.az xəbər verir ki, Dubay motofestivalında rekord yürüş zamanı hərəkətin sürəti saatda 60 kilometrdən 80 kilometrədək olub. Polis konvoyu idmançını şəhərətrafı Qanqut rayonundan festivalın keçirildiyi Dubay Beynəlxalq Ticarət Mərkəzinədək müşayiət edib.

Abdulla Qollandi Dubay polisinin akrobat komandasının üzvüdür və öz nailiyyətləri ilə idman aləmində məşhurdur.

Administratorla əlaqə

077 611-55-22

[email protected]