Gündəm

Metrodan istifadə edənlər üçün yeni onlayn xidmət

14-01-2018, 18:12
Metrodan istifadə edənlər üçün yeni onlayn xidmətAndroid əməliyyat sistemi üzərindən işləyən cihazların sahibləri “Bakı metropoliteni”nin interaktiv xəritəsindən istifadə edə biləcək.

Xeberman.com xəbər verir ki, bu barədə Trend-ə layihənin rəhbəri Şamxal Bayramov məlumat verib.

Onun sözlərinə görə, müvafiq proqramın ilkin versiyası Play Market-də yerləşdirilib.

“Tədbiq Rusiyanın “Yandeks.Metro” proqramının funksiyalarına malik olacaq, bu da nəqliyyatda gedişi planlaşdırmağa, yola sərf edilən vaxtı hesablamağa və optimal marşrut seçməyə imkan yaradacaq. Hələlik mobil tədbiqin cari versiyası informativ xarakter daşıyır, lakin növbəti yenilənmədən sonra proqram interaktiv olacaq və ona yeni funksiyalar əlavə ediləcək”, - deyə layihə rəhbəri bildirib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]