Xəbərlər / Şou-biznes

Əməkdar artist: Özümə qara yaxdım, boşanma xəbərimizi yaydım

9-01-2018, 19:48
Əməkdar artist Tünzalə Əliyeva “Bizimləsən” verilişində qonaq olub.

Oxu.Az-ın məlumatına görə, aktrisa veriliş zamanı yayılan boşanma xəbəri haqda gözlənilməz açıqlama verib.

O, piar üçün özü haqda yalan xəbər yaydığını etiraf edib:

“Əslində, boşanma xəbərini yoldaşımla razılaşaraq özümüz yaydıq. Bir veriliş edirdik, piar üçün belə addım atdıq. Həmin hadisədən illər keçdi, ona görə məsələni açıram. Bir verilişdə müsahibə verdim. Dedim ki, “deyirlər boşanmışam”. Montaj edib anonsa “boşanmışam” sözümü saldılar. Bundan da xəbərim var idi, bilirdim belə ediləcək. Verilişin anonsuna baxdılar, yayıldı. Amma proqram özü baxılmadı, tutmadı. Bu piar bizim əksimizə işlədi. Veriliş efirə gedəndə rayonda işıq sönmüşdü, heç kim baxa bilməmişdi. Rayonda yoldaşımın qohumları çox pis olmuşdu. Ailə tərəfim rayon camaatıdır.

Məsuliyyətsiz formada özümə qara yaxdım. Reklam üçün yalandan boşanma xəbərimizi yaydım. Şükür ki, biz ailəmizi hələ də qoruyuruq. Verilişin reytinqli olması, pul qazanmaq üçün ailəmi təhlükə altına aldım. Həmin vaxt qayınatam, qayınanam, yoldaşım tərəf əziyyət çəkdi. İndi onlardan üzr istəyirəm”.

Qeyd edək ki, Tünzalə Əliyevanın haqqında danışdığı hadisə bir neçə il bundan öncə “Space” telekanalında yayımlanan “Şou+” verilişində baş verib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]