İdman

"İmperator" qayıtdı – YENİLƏNİB

22-12-2017, 14:44

Türkiyənin "Qalatasaray" klubu baş məşqçi postuna dördüncü dəfə təyin olunan Fatih Terimlə müqavilə bağlayıb.

Oxu.Az xəbər verir ki, 64 yaşlı mütəxəssislə 1,5 illik sözləşmə imzalanıb.

10:02

Türkiyənin "Qalatasaray" futbol komandasının yeni baş məşqçisi Fatih Terim olacaq.

Oxu.Az -ın xəbərinə görə, klubun saytında bildirilir ki, baş məşqçi vəzifəsi tezliklə 64 yaşlı mütəxəssisə həvalə olunacaq.

"İmperator" ləqəbli baş məşqçi artıq özü də sosial şəbəkədə "Harada qalmışdıq?" - deyə paylaşım edib.

Qeyd edək ki, Fatih Terim 1996-2000, 2002-2004 və 2011-2013-cü illərdə də "Qalatasaray"ın baş məşqçisi olub.


Administratorla əlaqə

077 611-55-22

[email protected]