Əsas Səhifə / Xəbərlər / Maraqlı

Goranboy sakininin evi böyük marağa səbəb olub – VİDEO

19-12-2017, 11:01

Goranboyun Veysli kəndində yaşayan Kəlbəcər sakini Qurban Ələkbərov 20 ildən artıqdır tənəkə ustası olaraq fəaliyyət göstərir. Maraqlı əl işləri olan usta yaşadıqları kənddə Qarabağ döyüşlərinin iştirakçısının illərdir düşündüyü formada çardaq hazırlayıb. Maraqlı əl işi Azərbaycan və Türkiyə bayraqlarını əks etdirir.

Xeberman.com Xəzər TV-yə istinadən məlumatına görə, Qurban Ələkbərov bir ay vaxt sərf etdiyi sənət əsərinin o qədər də asan başa gəlmədiyini deyir.

Hündürlükdə yığılan bayraqların uzunluğu dörd, eni isə iki metrə bərabərdir. Usta bayrağın üzərindəki ay-ulduzun da əl işi olduğunu bildirir. Tənəkə ustası öz bacarıqlarını digər həvəskarlara da öyrədir. Kəlbəcər sakinin növbəti maraqlı əl işi, Azərbaycanın xəritəsini hazırlamaq olacaq.

Görənlərin diqqətini çəkən çardağa ev sahibi dörd min manatdan artıq xərc çəkib. Veyisli kəndinin müxtəlif hissələrindən görünən evə maraq böyükdür. Bura gələnlər şəkil, video çəkib paylaşımlar edirlər.


Administratorla əlaqə

077 611-55-22

[email protected]