Gündəm / Dünya

Saakaşvili həbs edildi - yenilənib

9-12-2017, 02:35
Kiyevdə saxlanılan Mixeil Saakaşvili müvəqqəti saxlama təcridxanasına yerləşdirilib.

Xeberman.com verdiyi xəbərə görə, bunu Ukrayna baş prokuroru Yuri Lutsenko bəyan edib.

Onun sözlərinə görə, M.Saakaşvili Kiyevin Otradnoye küçəsində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

“Saakaşvili müvəqqəti saxlama təcridxanasına yerləşdirilib. Bundan sonra müvafiq istintaq hərəkətləri və məhkəməyə müraciət nəzərdə tutulub”, deyə Y.Lutsenko bildirib.

***

Kiyevdə Odessa vilayətinin keçmiş qubernatoru, “Yeni qüvvələr hərəkatı”nın lideri Mixail Saakaşvili saxlanıb.

Virtuualaz.org xəbər verir ki, bu barədə özünün “Facebook” səhifəsində Ukrayna prokurorunun keçmiş müavini David Sakvarelidze yazıb.

“Mixaili tutdular! Onu Askoldova - UTX-yə aparırlar”, - o yazıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]