Əsas Səhifə / Yaşam

"Xuruşovka" evlərdə yaşayanlara bəd xəbər: Evsiz qala bilərsiniz

27-11-2017, 23:22
"Xuruşovka" evlərdə yaşayanlara bəd xəbər: Evsiz qala bilərsinizBir müddətdir Bakıda köhnə tikililərin xüsusilə də “Xuruşovka” evlərin sökülərək, yerinə göydələnlərin tikilməsi prosesi gedir. Sakinlər müvəqqəti kirayə evlərə köçürülür və yeni bina hazır olan kimi tikilidən mənzilə təmin olunur. Bu işin yaxşı tərəfi. Amması isə budur ki, proses həyata keçirilərkən risklər sığortalanmır.

İqtisadçı ekspert Vüqar Bayramov deyir ki, risklər sığortalanmadığından, inşaat şirkəti öhdəliyini yerinə yetirməsə, o zaman vətəndaşın yeni mənzili necə əldə edəcəyi mexanizmləri bəlli deyil.

“Məsələn, təssəvvür edək ki, şirkət sakinlərə kirayə üçün ödəniş etdi, köhnə binanı sökdü və yeni binanı inşa edən zaman o müflis oldu, tikintini başa çatdıra bilmədi. Bu halda, sakinləri yeni mənzillərlə hansı şirkət təmin edəcək? Sakinlələ inşaat şirkətləri arasında bağlanan müqavilələrdə bu hallar nəzərə alnmır. İnşaat şirkətlərinin aktivləri az olduğundan bu zaman tikintinin başa çatdırılması üçün tələb edilən xərcin aktivlərini sataraq ödəmək də mümkün deyil. Buna görə də, gələcəkdə belə hallar baş verən zaman sakinlərin mənzilsiz qalmaması üçün yeni mexanizmlərin hazırlanıb tətbiq edilməsnə ehtiyac var. Tikinti şirkətləri üçün risklərin sığortalanması, işə başlamaq üçün əsas tələblərdən biri olmalıdır. Tikinti firması öz risklərini sığorta şirkətində sığortaladıqdan sonra ona inşaata aparmaq icazəsi verilməlidir. Evini tərk edib, kirayə qalan sakin əmin olmalıdır ki, bütün hallarda o yeni mənzil ilə təmin ediləcək”.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı da eyni fikirdədir. Ekspert A24.Az-a açıqlamasında bildirib ki, Təcrübədə belə hallar kifayət qədər olur.

“Təkcə söhbət vətəndaşın evini alıb, sökməkdən getmir. Tutaq ki, vətəndaş köhnə binadakı evini yenisinə dəyişmək istəyir. Pulunu verib və şirkət deyib ki, binanı 18 aya tikib başa çatdıracağıq. Amma iş nəinki qoyulan vaxta başa çatmayıb, ümumiyyətlə yarımçıq qalıb. Belə hallar çoxdur. Mənə elə gəlir ki, belə hallarla bağlı konkret riskləri hesablayıb, dövlət təminatı vermək lazımdır”.

Sakin belə halla qarşı-qarşıya qalarsa, edə biləcəyi hər hansı bir şey yoxdur?

Ancaq məhkəmə yolu ilə tikinti şirkətinə qarşı iddia qaldıra bilər. Bu iddianın da nəticəsi olmaya bilər. Çünki tikinti şirkəti iflasa uğrayırsa, dəyən zərəri qarşılaya bilməyəcək.

Belə çıxır ki, sakin əvvəlcədən işini ehtiyatlı tutmalı, məsələni müqavilədə həll etməlidir…

“Sözsüz. Tikinti şirkəti binanı tikib başa çatdıra bilməyəcəyi təqdirdə sakinə dəyən ziyanın ödənməsi ilə bağlı konkret detalları müqavilədə qeyd etməlidir. Bu ziyan hansı formada ödənəcək nələr hesabına ödənəcək bütün bunlarla bağlı konkret müddəalar müqavilədə əksini tapmalıdır”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]