Əsas Səhifə / Ölkə

Əhməd Muxtarov dar ayaqda - ÖZƏL

19-01-2016, 15:49
Hacıqabulun icra başçısı büdcədən ayrılmış pulların hesabını verə bilmir 

Hacıqabulun icra başçısı Əhməd Muxtarov dara düşüb.Demokratiya.info xəbər verir ki, icra başçısının dara düşməsinə səbəb bir müddət əvvəl rayonda aparılmış yoxlama olub. 

Belə ki, yoxlama nəticəsində külli miqdarda vəsaitin təyinatı üzrə xərclənmədiyi aşkarlanıb. Aşkarlanmış hissə üzrə ümumi məbləğin isə 500 min manata yaxın olduğu vurğulanır. Məlumatlarda deyilir ki, Əhməd Muxtarova xəbərdarlıq edilib ki, bu ilin fevralına qədər həmin pulu büdcəyə qaytarmalıdır. Əks təqdirdə, iş Baş Prokurorluğa göndərilə bilər. 

Qeyd edək ki, Muxtarovun bu qədər vəsaiti nəyə xərclədiyini heç Hacıqabulda da bilmirlər. Demokratiya.info-ya verilən məlumatda vurğulanır ki, icra başçısı büdcədən ayrılmış pulların bir qismini şəxsi məqsədlərinə sərf edib. Bu sərfetmə nəticəsində ona bir neçə ev və Bakıda bir obyekt qalıb. İndi isə həmin pulları geri qaytarmaq lazımdır. Lakin nə evlər satılır, nə də obyekt. 

Məlumatlı mənbənin bildirdiyinə görə, Əhməd Muxtarov artıq həmin evləri və obyektini satışa qoyub. Lakin alıcı tapmaq xeyli çətin olduğundan nə edəcəyini bilmir. Büdcə təşkilatlarından pul tələb etməsi isə normal effekt verməyib. Çünki devalivasiyadan sonra onların da durumu kifayət qədər ağırlaşıb. Onlar da icra başçısına pul verə bilmək gücündə olmadıqlarını deyiblər.

Aydın məsələdir ki, birdən birə bütün idarə və müəssisə rəhbərlərini işdən çıxarmaq da mümkün deyil. Bu ən azından biabırçılığa səbəb ola bilər. Ona görə də, icra başçısı maksimum dərəcədə çalışır ki, büdcəyə qaytarmaq üçün lazım olan 500 min manatı tapıb, ortaya çıxarsın. 
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq...

Administratorla əlaqə

077 611-55-22

[email protected]