Əsas Səhifə / Xəbərlər / Dünya

5 nazirlik ləğv edilir - daxili işlər nazirinə yol göründü

27-11-2017, 01:35
5 nazirlik ləğv edilir - daxili işlər nazirinə yol göründüGürcüstanda 5 nazirlik ləğv ediləcək.

Xeberman.com xəbər verir ki, bu barədə şimal-qərb qonşu mətbuatı məlumat yayıb.

İddiaya görə, hökumətin tərkibində struktur dəyişiklikləri nəticəsində İqtisadiyyat ilə Energetika, Mədəniyyət ilə İdman, Kənd Təsərrüfatı ilə Ətraf Mühit nazirlikləri birləşdiriləcək. İqtisadiyyat və Energetika nazirlikləri birləşdirildikdən sonra quruma hazırki maliyyə naziri Dmitri Kumsişvilinin rəhbərlik edəcəyi bildirilir. Bundan başqa daxili işlər naziri Qeorqi Mqebrişvili ilə elm və təhsil naziri Aleksandr Cecelavanın da tutduqları vəzifələrdən uzaqlaşdırılacağı da Gürcüstan mətbuatında qeyd olunub. DİN-in yeni rəhbərinin isə iqtisadiyyat naziri Qeorqi Qaxariya olacağı gözlənilir.

Qeyd edək ki, hazırda Gürcüstanda 18 nazirlik fəaliyyət göstərir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]