Əsas Səhifə / Gündəm

XƏZƏRİN SAHİLLƏRİNİ HANSI MƏMURLAR ZƏBT EDİB?

18-01-2016, 22:07
Ələtə qədər uzanan hündür hasar və on milyonluq imarətlər yerlə-yeksan edilməlidir

Dənizi əhalinin üzünə bağlayanlar ən sərt formada cəzalandırılmalıdır Bir neçə gün əvvəl prezident İlham Əliyev "İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" 2015-ci il 18 dekabr tarixli qanunun tətbiqi və "İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" qanunun tətbiq edilməsi barədə" 2000-ci il 29 avqust tarixli fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzaladı. Nazirlər Kabineti Azərbaycan Respublikası qanunlarının və prezidentin aktlarının "İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini 3 ay müddətində hazırlamaq, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını 3 ay müddətində təmin etmək, habelə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə 5 ay müddətində prezidentə məlumat vermək tapşırılıb.
XƏZƏRİN SAHİLLƏRİNİ HANSI MƏMURLAR ZƏBT EDİB?
XƏZƏRİN SAHİLLƏRİNİ HANSI MƏMURLAR ZƏBT EDİB?
XƏZƏRİN SAHİLLƏRİNİ HANSI MƏMURLAR ZƏBT EDİB?
XƏZƏRİN SAHİLLƏRİNİ HANSI MƏMURLAR ZƏBT EDİB?
XƏZƏRİN SAHİLLƏRİNİ HANSI MƏMURLAR ZƏBT EDİB?
XƏZƏRİN SAHİLLƏRİNİ HANSI MƏMURLAR ZƏBT EDİB?
XƏZƏRİN SAHİLLƏRİNİ HANSI MƏMURLAR ZƏBT EDİB?
XƏZƏRİN SAHİLLƏRİNİ HANSI MƏMURLAR ZƏBT EDİB?
Müəyyən edilib ki, İnzibati Xətalar Məcəlləsinin 88-2.1.1-ci və 88-2.1.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Əmlak Məsələləri Dövlət Komitəsi Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti və rayon (şəhər) icra hakimiyyəti orqanları ilə razılaşdırmaqla həyata keçirir. Dəyişikliklərə əsasən, Xəzər dənizinin Azərbaycana məxsus olan bölməsində sahilboyu 20-50 metr zolağın altında olan torpaq sahələri ilə bağlı tələblərinin pozulmasına görə cərimələr müəyyənləşib. Həmin torpaq sahələrinin müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan hasara alınma yolu ilə və ya digər üsullarla bağlanmasına, müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə hasara alma digər üsullarla bağlanması zamanı tikinti konstruksiyalarının dənizin və onun sahilində su ilə qurunun təmas xətinin görünməsinin və ya dəniz sahilində gediş-gəlişin məhdudlaşdırılması və yaxud 100 metrdən bir dövlət sərhədinin mühafizəsinin təmin olunması məqsədilə eni 6 metrdən az olmayaraq sahilə birbaşa keçidin təmin olunmaması məqsədilə fiziki şəxslər 4 min manat, vəzifəli şəxslər 8 min manat, hüquqi şəxslər 40 min manat miqdarında cərimə edilir. Bu cərimələr dövlətin iqtisadi və ya təhlükəsizlik mənafelərinin təmin edilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanın qərarı olmadan həmin torpaq sahəsində dənizin sahilinə gediş-gəlişin və məhdudlaşdırılmasına görə də tətbiq olunacaq. Sadalanan xətalar təkrar törədildikdə, fiziki şəxslər 5 min manat, vəzifəli şəxslər 10 min manat, hüquqi şəxslər 50 min manat cərimə edilir. Qeyd edək ki, hazırda qüvvədə olan İnzibati Xətalar Məcəlləsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada istifadəyə və ya icarəyə verilən Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələrinin müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan hasara alma yolu ilə və ya digər üsullarla bağlanılması və ya dəniz sahilinə gediş-gəlişin məhdudlaşdırılmasına görə fiziki şəxslər 15 manatdan 25 manatadək, vəzifəli şəxslər 30 manatdan 50 manatadək, hüquqi şəxslər isə 100 manatdan 150 manatadək miqdarda cərimə edilib. Bu xətaların il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə fiziki şəxslər 25-35 manat, vəzifəli şəxslər 60-80 manat, hüquqi şəxslər isə 150-250 manat cərimə edilib. Nəzərinizə çatdırmaq istəyirik ki, hazırda Xəzər dənizinin bəzi sahilboyu əraziləri bir sıra vəzifəli və imkanlı şəxslər tərəfindən zəbt olunub. Bununla bağlı Milli Məclisdə də dəfələrlə məsələ qaldırılıb. Xəzər dənizinin sahillərinə hündür hasar çəkilməklə orada dəyəri on milyonlarla ölçülən imarətlər tikilib. Xatırladaq ki, bir neçə ay əvvəl ölkə başçısı İlham Əliyevin göstərişi ilə Səbail rayonunun ərazisində yerləşən «Dostluq» parkının ərazisində qanunsuz inşa edilmiş villalar söküldü. Bu addım hamı tərəfindən müsbət qarşılandı. Amma maraqlıdır ki, bəzi şəxslər ölkə rəhbərliyinin bu kimi tədbirlərindən bir nəticə çıxarmaq istəmirlər. Vurğulamaq lazımdır ki, Xəzər dənizinin «Şıx» çimərliyindən Ələt qəsəbəsinə qədər uzanan hissəsinə hündür hasarlar çəkilib və həmin ərazidə bir-birindən dəbdəbəli imarətlər ucaldılıb. Şəkillərdən də gördüyünüz kimi, dəniz sahili tamamilə hasarlanıb və sadə vətəndaşların həmin ərazilərə girişinin qarşısı alınıb. Əldə etdiyimiz məlumatlara görə, bu ərazidəki villaların bir neçəsi nəqliyyat naziri Ziya Məmmədova, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin hazırda həbsdə olan keçmiş aparat rəhbəri Vidadi Zeynalova və diasporla iş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimova məxsusdur. Bu ərazidə yerləşən digər villaların kimlərə məxsus olması barədə araşdırmalara başlamışıq. Yəqin ki, qeyd olunan ərazidə sadə vətəndaşın imarəti ola bilməz. Çünki bu cür möhtəşəm villaları tikib başa çatdırmaq üçün milyonlar lazımdır. Çox güman ki, bu villaların əksəriyyəti Azərbaycanın dövlət büdcəsinin vəsaitləri hesabına tikilib. Biz inanırıq ki, ölkə rəhbərliyinin Xəzər dənizinin sahillərini qanunsuz olaraq hasarlayan, zəbt edən şəxslərlə bağlı bu günlərdə verdiyi fərmanın icrasına məhz bu ərazidən başlanacaq. Fikrimizcə, sözügedən ərazidə tikilmiş hasar və villalar dərhal sökülməli, xalqın təbii sərvəti olan dəniz sakinlərin üzünə açıq olmalıdır. Ümidvarıq ki, aidiyyəti dövlət qurumlarının rəsmi şəxsləri məsələ ilə bağlı hərəkətə keçəcək və vaxt itirmədən söküntü işlərinə başlayacaqlar.
/gundelik-baku.com/

Administratorla əlaqə

077 611-55-22

[email protected]