Gündəm / İslam

Ukraynada Azərbaycan məscidi tikiləcək

26-11-2017, 15:07

Ukraynada Azərbaycan icmasına aid məscidin tikintisi planlaşdırılır.

Oxu.Az İnterpress.az-a istinadən xəbər verir ki, bu barədə Kiev patriarxı Mixail Antonoviç Denisenko və Azərbaycan Ukrayna Beynəlxalq Alyansnın sədri Elmar Məmmədov birgə müzakirələr aparıblar.

Onun sözlərinə görə, Ukrayna hökuməti ilə məscidin tikiləcəyi yer və inşaatla bağlı texniki məsələlər həllini tapmaq üzrədir.

E.Məmmədov bildirib ki, hazırda Kiyevdə və digər şəhərlərdə məscid var Lakin Ukraynada yaşayan həmvətənimizi bir arada toplamaq üçün, dini radikal qüvvələrdən qorumaq üçün Azərbaycan icmasına aid məscidin tikintisinə ehtiyac var.

“Məscidlərin tikintisi Ukraynanın bütün bölgələri üçün aktual məsələdir. Biz çalışırıq ki, həmvətənimizə i cümlədən Ukrayna və Azərbaycan arasında olan dostluq və əməkdaşlığa töhfə verək. İnanıram ki, məscidin tikintisi hər Ukrayna müsəlmanlarının ürəyincə olacaq və bu məscid qardaşlığa sülhə öz töhfəsini verəcək”.


Administratorla əlaqə

077 611-55-22

[email protected]