Xəbərlər

Eldar Mahmudov yenidən Baş Prokurorluğa çağırıldı - FOTO

11-11-2017, 10:05

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov dindirilməsi üçün yenidən Baş Prokurorluğa çağırılıb.

Xeberman.com Trend-ə istinadən xəbər verir ki, E.Mahmudov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin bir qrup əməkdaşı barədə başlanmış cinayət işi üzrə dindirilməsi üçün istintaqa çağrılıb.

Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend-ə faktı təsdiqləyib.

O bildirib ki, E.Mahmudov məlum cinayət işi ilə bağlı ifadə verməsi üçün yenidən Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb.




Administratorla əlaqə

077 611-55-22

[email protected]